Qudvudda keçirilən Sürət festivalında “qaynar” Range Rover Sport SVR ofroderi iki təkər üstündə hərəkət edib.

Avtomobilin sükanı arxasında brutaniyalı sürücü-kaskadyor Terri Qrant olub. Göstəriş zamanı digər kaskadyor sərnişin pəncərəsindən çıxaraq ayaq üstə durmuş və tamaşaçıları salamlamışdır.  Terri Qrant belə göstərişlərdə ilk dəfə iştirak etmir.

Keçən il burada o Jaguar F-Pace krossoverində eyni fəndi göstərmişdir.  2015-ci ildə Qrant Nissan Juke RS modelində 1,86 kilometri 2 dəqiqə 10 saniyəyə qət edərək iki təkər üzərində hərəkət rekorduna imza atmışdır.

Rekordu göstərmiş Nissan Juke RS modeli standart təchizatlı olub və fəndi göstərmək üçün sol tərəfi ilə xüsusi tramplinə çıxıb.

O zamanda avvtomobili Terri Qrant idarə edib. Nissan Juke RS modeli 1,6-litrlik turbomühərriklə hərəkətə gəlir. Bu mühərrik 218 at qüvvəsinə malikdir.

Bundan əvvəlki rekorda isə adi Nissan Juke avtomobili imza atmışdır. 2011-ci ildə Nissan Juke bu məsafəni 2 dəqiqə 55 dəqiqəyə qət edtmişdir.