The Grand Tour şousunun aparıcıları Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey keçmiş Formula 1 və hazırki WEC çempionatının pilotu Mark Uebberi verlişin test-pilotu roluna sınaqlara dəvət ediblər. Bu barədə çarx şounun YouTube kanalında dərc edilib.

Onlar Uebberə trekdə Porsche 911 GT2 RS sportkarı ilə dövrə vuraraq ən yaxşı zamanı göstərməyi tapşırıblar. Pilot trekdə sürətli dövrə vurduqdan sonra, onlar, Porsche markasının səfiri olan avstraliyalı pilota eyni dövrəni Mercedes-AMG GT R sportları ilə keçməsini söyləyiblər. Lakin, Mark Mercedes ilə yavaş dövrə vuraraq, avtomobilin imkanlarından bacardığı qədər maksimum istifadə etdiyini bildirib.

Aparıcılar çarxın sonunda Uebberə - “Gəldiyin üçün çox sağol. Əlaqə saxlayacağıq”, - deyə bildiriblər.