The Grand Tour verlişinin növbəti mövsümü bu ayın səkkizi tarixindən efirə çıxır. Artıq şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubrikasından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina ediblər.

Bü günlərdə teleşounun növbəti epizodunun tizeri yayılıb. Bu tizerdə Ceremi Klarksonu Audi TT sportkarının, Riçard Hammondu Ariel Nommad ofroderinin, Ceyms Meyi isə VAZ 2105 sedanının sükanı arxasında görmək olar. 

Eyni zamanda, Riçard Hammondun yeni McLaren 720S superkarını sınaqdan keçirdiyinin də şahidi olacaqsınız.

Üstəlik, bu epizodda Ceyms Meyi də xüsusi sürpriz gözləyir.