Amazon xidmətinin rəhbərliyi The Grand Tour verlişinin aparıcıları Ceremi Klarkson, Riçard Hammond və Ceyms Meydən daha çox amerikalılara bənzəməyi tələb edib. Onların bu tələbə göstərdikləri reaksiya şounun YouTube kanalındakı səhifəsində dərc edilib.

“Problem ondadır ki, biz amerikalılara bənzəmirik. Hara getsəm də, hansı ölkədə olsam da, hamı mənim ingilis olduğumu bilir: dəhşətli dişlər, qəmli saç düzümü və kasıb geyim özünü biruzə verir, - Klarkson söyləyib. – Biz dəhşətli görünürük”. Bu münasibətlə aparıcılar amerikalılara bənzəmək üçün xüsusi üsula əl atıblar. Lakin, bu hamıya aid olmayıb.  

“Qrand Tur” verlişinin ikinci mövsümü 8 dekabrdan başlayaraq yayıma çıxacaqdır. Şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubrikasından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina etmək qərarına gəliblər. Üstəlik, verlişin aparıcıları şou üçün test-pilot axtarışındadırlar.