Toyota şirkəti ön dayaqların "şəffaf" edilməsi üsulunu fikirləşib. Yeni funksiya sürücüləri öndəki kor zonalardan xilas edəcəkdir. İxtiranın patentləşdirilməsi üçün ərizəni yapon istehsalçısının şimaliamerikan bölməsi verib.

Buna bəzər texnologiyalardan fərqli olaraq, Toyota bahalı kameraların əvəzinə, yarışəffaf güzgülərdən ibarət olan mühəkkəb sistemi tətbiq etməyi üstün tutub. Onlar ön dayağın arxasında sürücüdən gizlənən görüntünü, elə salondakı ön dayağın xüsusi işıqkeçirməyən örtüklə üzlənmiş hissəsinə proyeksiya edəcəkdirlər.

Xatırladaq ki, 2014-cü ildə şəffaf dayaq və kapot ideyasını Jaguar Land Rover qrupu irəli sürmüşdü. Həmin sistemdə ön dayaqlara xüsusi ekranlar quraşdırılmışdır ki, kameralardan alınan görüntülər bu ekranlarda əks etdirilirdi. Kapotun altında olan görüntülər isə salondakı iri proyeksiya displeyinə ötrülürdü.