Toyota şirkəti avtomobilin salonundakı rütubətin səviyyəsini müəyyən edərək süsələrin tərləməsinin qarşısını alacaq texnologiyanı qeydiyyatdan keçirib. Yapon istehsalçısı avtomatik iqlim qurğusunun qurutma funksiyası ilə tamamlayaraq, onların birgə çalışmasını təmin edib.

Sistemin əsasını avtomobilin daxilindəki və xarıcındəki temperaturu, həmçinin rütubəti ölçən vericilər təşkil edir. Vericilər, daxil olan məlumatları təhlil edərək iqlim qurğusunun fəaliyyətini avtomatik şəkildə tənzimləyən elektron blokuna qoşulublar. Nəticədə sistem, şüşələrin tərlənməsi prosesinin başlamadan qarşısını alır.

Bundan başqa, GPS məlumatları əsasında, sistem avtomobilin yerləşdiyi ərazidən asılı olaraq avtomatik iqlim qurğusunun işə düşməsi hüdudunu dəyişir. Yeni sistemin seriya tətbiqi barədə hələlik məlumat verilməyib. Bir müddət bundan öncə Toyota "şəffaf" dayaqlar sistemini təqdim etmişdi. Bu sistem sürücünü kor zonalardan xilas edəcəkdir.