Toyota şirkətinin Avstraliya nümayəndəliyi oyuncaq yük avtomobillərinin istehsalçısı olan Tokna firması ilə birlikdə yeni konseptual ofroder hazırlamışdır. Prototipin əsasını Toyota HiLux pikapı təşkil edir. Konseptual pikap Tonka oyuncaqlarına xas olan qara-sarı rəngə boyanmışdır.

Avtomobil eyni zamanda üç hadisəni qeyd etmək üçün yaradılmışdır: HiLux modelinin 2016-cı ildə avstraliya bazarında əldə etdiyi rekord göstəriciləri, Tonka brendinin 70 illik və Toyota markasının 80 illik yubileyini. HiLux Tonka layihəsinin üzərində, yapon istehsalçısının Melburnda yerləşən mənzil-qərargahının 150-yə qədər dizayner və mühədis işləmişdir. Prototip pikapın top-variantı olan ikili kabinalı SR5 modifikasiyasının bazasında yaradılmışdır.

Yapon istehsalçısı konseptual pikapı xüsusi yolsuzluq asması, iri təkərlər, yeni bamperlər, radiator barmaqlığı,genişləndirilmiş təkər izi, 429 millimetrə qədər artırılmış klirens  ilə təchiz etmişdir.

Onlar, ön bamperi yenisi ilə əvəz etmiş, karbon kapotu və baqaj bölümünün karbonplastik qapağını, işıqdiodlarından olan «çilçirağı», şnorkel və 35- millimetrlik şinləri olan 17-düymlük disklərini quraşdırmışdırlar. 

Bundan başqa, altlığın pikap altı millimetrlik əlavə müdafiəsinə, boruşəkilli kandarlara, baqaj bölümündəki ehtiyat təkərinin, yanacaq kanistrlərinin, alət qutusunun, yanğınsöndürən balonun, balta və domkratın bərkidilməsi üçün xüsusi bərkitmə nöqtələrinə sahib olmuşdur. 

300 kiloqram çəkisi artan pikap 2,8-litrlik dizel mühərriki ilə təchiz edilir ki, bu aqreqat da 177 at qüvvəsi və 450 Nm fırlanma anı təklif edir.  Qeyd etmək lazımdır ki, bu Toyota və Tonkanın ilk birgə layihəsi deyildir. İki il bundan əvvəl onlar 4Runner ofroderinin bazasında yaradılmış prototipi hazırlamışdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt