Böyük Britaniyadan olan məişət texnikasının istehsalçısı Dyson şirkəti elektrokarların buraxılışı ilə məşğul olacaq. Elektromobillərin istehsalı 2020-ci ildə Uiltşirdəki yeni müəssisədə başlayacaqdır. Bu barədə Auto Express nəşrinə şirkətin rəhbəri ser Ceyms Dayson bildirib.

Daysonun sözlərinə görə, o bu layihəyə iki milyard funt-sterlinq sərmayə qoymaq fikrindədir. Bu vəsaitin bir milyardı elektromobilin, digər yarısı isə, sərtgövdəli akkumulyatorların yaradılmasına yönəldiləcəkdir. Həmçinin 400 yeni iş yeri yaradılacaqdır ki, artıq bu yerlərə də əməkdaşların qəbuluna başlanmışdır.

“Biz elektrokarlar aləmində son dəqiqədə peyda olan debütantlardan olmayacağıq. Mən hələ 1998-ci ildə elektrokarlarda maraqlıydım, avtomobil sənayesi isə - yox. Bu mövzu, üç il sonra da dəbdə olan mövzu deyildi. Dizel qalmaqalı meydana gəlməyənə qədər, heç bir avtomobil istehsalçısı bu məsələ ilə ciddi məşğul olmurdu”, - Dayson bildirib. Onun sözlərinə görə, şirkəti elektrokarların yaradılmasında “öz yolu” ilə gedəcəkdir. Dayson mövcud olan “texnologiya və istehsalçıların” əhəmiyyətli bir təklif edəcəyinə də inanmır. Dayson layihə üzərində iki ildir ki iş getdiyini bildirsə də, protoipin hazır olmadığını da söyləyib. O, avtomobilin xüsusiyyətləri və texniki imkanları barədə də heç bir məlumat verməyib.

İxtiraçı elektrokar layihəsinin gəlirli olacağına da inanır. Onun sözlərinə görə, ilk Dyson tozsoranları meydana çıxan zaman, bazarda təklif tələbdən çox idi.