Keçən həftənin sonlarında Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş New Cars Fest festivalında ukraynalı mütəxəssislər tərəfindən hazırlanmış Himera Q superkarı nümayiş etdirilmişdir. Bu barədə xəbəri Ukraynanın Autocentre nəşri yaymışdır.

Qeyd etmək lazımdır ki, hələlik söhbət tam ölçülü avtomobildən deyil, onun iri miqyaslı maketindən gedir. Əslində superkar Monakoda yaşayan ukraynalı iş adamının təsis etdiyi və ukraynalı mütəxəssislərin çalışdığı firma tərəfindən hazırlanmışdır. Verilən xəbərdə, nümayiş etdirildikdən sonra maketin yenidən Monakoya qaytarılacağı bildilmişdir.

Nəşrin bildirdiyinə görə, Himera Q superkarının Avropada istehsal ediləcəyi planlaşdırılır. Onun satışlarının, Ukrayna da daxil olmaqla, dünyanın bir sıra ölkələrində təşkil ediləcəyi söylənilmişdir.

Avtomobilin texniki xüsusiyyətləri açıqlanmasa da, onun 1000 at qüvvəsi hasil edən ekeltrik güc aqreqatı ilə təchiz ediləcəyi bildirilmişdir. Bu aqreqat avtomobili 100 km/saat həddinə 3 saniyəyə sürətləndirəcəkdir.

Firma nümayəndələri superkarın satış qiymətinin 700 min avro ətrafında ola biləcəyini söyləmişdirlər. 

Image alt Image alt Image alt Image alt