Bu günlərdə Bring a Trailer saytında maraqlı bir sportkar satışa çıxarılıbdır. Üç nüsxədə buraxılmış nadir tapilan Rossion Q1R sportkarlarının satışa çıxarılan nüsxəsi “görünən karbondan” kuzova malik olan yeganə avtomobildir.

Britaniyanın Noble M400 sportkarının bazasında inşa edilmiş avtomobil üçün təklif edilən son məbləğ 16 min dollardır. Rossion Q1R modeli ortamühərrikli Q1 mülki sportkarının trek variantıdır. Adi sportkardan Q1R modifikasiyası təhlükəsizlik karkası, Sparco yarış oturacaqları, beşnöqtəli OMP təhlükəsizlik kəmərləri, tənzimlənən Koni amortizatorları və Wilwood əyləcləri ilə seçilir. Sportkar Ford şirkətinin istehsalı olan 2,0-litrlik EcoBoost dörd silindrli turbomühərriki ilə təchiz edilib.

Güc aqreqatı 327 at qüvvəsi və 413 Nm fırlanma anı hasil edir.

Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Avtomobil yüksək sürtünməli arxa differensiala malikdir. Rossion Q1R modelinin çəkisi 850 kiloqramdır. Sportkarın güclü versiyası 500 at qüvvəsi və 678 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli mühərriklə təchiz edilir. 100 km/saat həddinə sportkar 3,3 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt