Fame Nyat Vıonq haqqında eşitmisiniz? Bu şəxs Vyetnamın ilk miyarderidir. Rusiyada təhsil almış vyetnamlı Ukraynada tez hazırlanan“Mivina” əriştəsinin istehsalı ilə məşğul olub. Sonradan Vıonq öz vətənində daşınmaz əmlaka sərmayə yatırmağa başlayıb.

Vyetnamda VinGroup şirkətini yaradan Vıonqun variadatı 1,54 milyard dollar təşkil edir. Vyetnamlı VinFast brendinin əsasını qoyaraq avtomobil istehsal etmək xəyalını gerçəkləşdirmək fikrindədir.

Bu məqsədlə xüsusi dizayn müsabiqəsi də elan edib. Bu müsabiqəyə Zagato, Torino, ItalDesign və Pininfarina kimi məşhur atelyelər iyirmiyə yaxın ən yaxşı sedan və krossover layihələrini təqdim ediblər.

Keçirilmiş sorğu nəticəsində səs verən 62 min vyetnamlının əksər hissəsi Kambyanodan olan Pininfarina atelyesinin layihəsinə səs verib. Avtomobillər haqqında ətraflı məlumat olmasa da, VinFast şirkətinin BMW, Bosch, Magna və AVL kimi şirkətlərlə müqavilə bağladığı məlumdur. Artıq istehsalçı Din Vu Kat Hay iqtisadi zonasında (Hayfon şəhəri) 500 min kvadrat metril ərazidə zavodun inşasına başlayıb.

2025-ci ildə zavodun konveyerindən 500 min avtomobil çıxmalıdır.