Volkswagen şirkəti I.D.Buzz elektrik konseptinin seriya variantını hazırlayacağı barədə bəyanat verib. Klassik Microbus modelinin dizayn üslubunda elementlərə sahib olan avtomobil 2022-ci ildə işıq üzü görəcəkdir.

Alman istehsalçısı seriya modelinin də elektriklə hərəkətə gələcəyini və batareyaların döşəmədə quraşdırılması sxemini qoruyub-saxlayacağını bildirib. Bu sxem iri daxili məkanın yaradılmasına yardım edəcəkdir. Gələcək elektromobil barədə əlavə məlumat verilməyib.

Bu ilin əvvəlində nümayiş etdirilən konsept ümumi gücü 369 at qüvvəsi iki elektromotor və 111 kilovat-saatlıq batareyalarla təchiz edilmişdi. Onun elan edilən yürüş ehtiyatı 600 kilometr təşkil edirdi. Seriya miniveni prototipin əsasını təşkil edən MEB modul platformasında yığılacaqdır. 

Minivenin sərnişin variantından başqa, Cargo adlı kommersiya variantı da buraxılacaqdır. Miniven üçüncü səviyyəli avtonom idarəetmə ssitemi ilə təchiz ediləcəkdir.  

Avtomobil mühəndisləri cəmiyyətinin (SAE) təsnifatına görə, belə avtomobillərdə sürücü "gözlənilən" hərəkəti olan yollarda idarəetməyə nəzarət etməyə bilər, amma o hər an idarəetməni öz üzərinə götürməyə hazır olmalıdır. Şirkətin miniveni buraxmaq qərarına gəlməsinin əsas səbəbi kütlənin I.D.Buzz konseptinə göstərdiyi müsbət reaksiyası olub.

Alman istehsalçısı müştərilərindən seriya miniveninin buraxılması barədə çoxsaylı müraciətlər alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt