Volkswagen şirkəti elektrik I.D.Vizzion konsept avtomobilinin interyerinin təsvir edildiyi videotizeri yayıb. Gələn həftə Cenevrə avtosalonunda debüt edəcək konseptin maraqlı xüsusiyyətlərindən biri məlumat-əyləncə sisteminin holoqrafik interfeysidir. Üstəlik, avtomobil ənənəvi idarəetmə orqanlarından məhrum edilib.

Volkswagen I.D.Vizzion 306 at qüvvəli elektrik mühərriki və 111 kilovat-saatlıq litium-ion batareyalar dəsti ilə təchiz edilmiş 5,1 metrlik sedandır.

Prototipin maksimal sürəti 180 km/saatdır.  Konsept 665 kilometr məsafə qət etmək iqtidarındadır. Konseptin dizaynı alman markasının gələcək elektromobilləri haqqında təsəvvür yaratmalıdır. Prototip dörd yerlik salona, lazımi marşrutu tərtib edərək avtomobil axınında müstəqil şəkildə hərəkət edən avtonom idarəetmə sisteminə, həmçinin səs və əl hərəkətlərini anlayan virtual yardımçıya sahibdir. Bu günə Volkswagen şirkəti alman markasının gələcək seriya elektromobilləri haqqında təsəvvür yaradan üç konsepti nümayiş etdirib. Bunlar  I.D. hetçbeki, I.D.Crozz krossoveri və I.D.Buzz minivenidir.

VW I.D. hetçbekinin seriya variantının istehsalına 2020-ci ildə başlanmalıdır.  2025-ci ilə Volkswagen 20 elektromobil buraxmağı planlaşdırır.

Image alt Image alt Image alt Image alt