Volkswagen şirkəti bir neçə gündən sonra qapılarını ziyarətçilərin üzünə açacaq Nyu-York avtosalonunda amerikan bazarı üçün buraxılacaq yeni pikapın carçısını təqdim edəcəkdir. Bu barədə özünün mənbələrinə istinadən "Automotive News" nəşri yayıb.

Yeni konseptual pikap MQB modul platformasında inşa ediləcəkdir. Hazırda bu platformada amerika bazarında satılan Atlas krossoveri istehsal edilir. Seriya pikapını alman markasının Tennessidəki zavodunda istehsal edəcəkdirlər. Pikap Honda Ridgeline, Chevrolet Colorado, Toyota Tacoma və Ford Ranger modelləri ilə rəqabət aparacaqdır. Alman istehsalçısının model xəttində Amarok adlı pikap olsa da, bu model amerika bazarında satılmır.

Bundan başqa, Volkswagen şirkəti Nyu-York avtosalonunda yeni beş yerli krossoverin prototipini də nümayiş etdirməlidir.