Bu gün Volkswagen şirkəti yeni T-Roc modelinin dizaynını nümayiş etdirən təsvirləri dərc edib. İstehsalçının model xəttində Tiguan krossoverindən bir pillə aşağıda qərarlaşacaq avtomobilin təsvirləri alman şirkətinin Twitter səhifəsində dərc edilib.

Yeni krossoverin texniki hissəsi haqqında istehsalçı heç bir məlumat verməyib. Bir müddət bundan öncə, alman şirkəti xüsusi videoçarcı da yaymışdı. Dərc edilən videoçarxda modelin dizaynı üzərində işləmiş mütəxəssislər avtomobilin iki rəngli kuzova, rəqəmsal cihazlar panelinə və motosikl dəbliqəsindən ilham alınaraq yaradılan mərkəzi konsola malik olacacağını bildiriblər. Əvvəl də bildirildiyi kimi, yeni krossoverin əsasını MQB modul platformasının A0 variantı təşkil edəcəkdir.

Bu şassidən yığcam Seat İbiza və Volkswagen Polo hetçbeklərinin istehsalı zamanı istifadə edilir.  Volkswagen T-Roc krossoveri Nissan Juke, Mazda CX-3, Renault captur və Jeep Renegade  modelləri ilə rəqabət aparacaqdır. Xatırladaq ki, VW T-roc modelinin seriyaöncəsi variantı 2014-cü ildə Cenevrə avtosalonunda debüt etmişdi. Volkswagen şirkəti model xəttində olan ən kiçik krossoveri 23 avqust tarixində təqdim edəcəkdir. Modelin kütləvi təqdimatı isə, Frankfurtda baş tutacaqdır.