Volkswagen şirkəti növbəti nəsil Touareg ofroderinin yeni tizerini dərc edib. Bu dəfə istehsalçı avtomobil ön fənərini nümayiş etdirib. Xatırladaq ki, bir müddət bundan öncə, alman şirkəti yeni modelin interyerini nümayiş etdiribdir.

Dərc edilmiş tizerdə, yeni nəsil Touareg modelinin matrisa tipli LED işıq texnikası ilə təchiz ediləcəyi göstərilibdir. Ətraflı məlumat verilməsə də, hər bir fənərdə 75 işıqdiodlarından elementin olacağı bildirilib.

Yeni krossoverin əsasını MLB Evo modul platforması təşkil edir. Xatırlatmaq istərdik ki, bu platformadan Audi Q7, Bentley Bentayga, Lamborghini Urus və Porsche Cayenne modellərinin istehsalında istifadə edilir. Nəticədə yeni «Tuareqin» çəkisi hiss olunacaq dərəcədə azaldılacaq, yeni benzin, dizel və hibrid güc aqreqatlarının quraşdırılması mümkün olacaqdır. Saiyələrə görə, yeni avtomobil üç litrlik 270 at qüvvəli dizel və eyni həcmli 340 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir.

Bundan başqa, tərkibinə 252 at qüvvəli dörd silindirli benzin mühərriki və 100 kilovattlıq elektromotor daxil olan hibrid güc aqreqatı da təklif ediləcəkdir. Həmçinin, yeni krossover səs və əl hərəkətləri ilə idarə edilən multimedia sisteminə də yiyələnəcəkdir.