Volkswagen şirkəti Frankfurt avtosalonuna iki xüsusi Amarok pikapını gətirəcəkdir. Bunlar konseptual Aventure Exclusive və xüsusi seriyadan olan Dark Label modelləridir. Konseptual pikap 258 at qüvvəli mühərrik ilə təchiz edilib. Bu konseptin gələcək taleyi hələlik qaranlıqdır.

İkinci, “tünd emblemli” seriyadan olan pikap isə, dəqiq seriyaya gedəcəkdir. Artıq onun qiyməti də elan edilib – 33700 avro. Konseptual Amarok Aventure Exclusive pikapı 3.0-litrlik altısilindrli dizel aqreqatı ilə təchiz edilən Aventura top-variantının bazasında hazırlanıb. Seriya avtomobilində mühərrik 224 at qüvvəsi hasil etsə də, prototipdəki mühərrikin gücü 34 at qüvvəsi artırılıb. Mühərrikin fırlanma anı da yüksəlib, amma istehsalçı onun nə qədər artıdğını açıqlamayıb.

Xatırladaq ki, standart mühərrik 550 Nm hasil edir və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Bundan başqa, Aventure Exclusive konsepti 19-düymlük təkər disklərinə, biksenon fənərlərə və bağlanan yük platformasına sahib olub. Onun təchizatına 14 istiqamətdə elektriklə tənzimlənən dəri oturacaqlar, arxa görüntü kamerası və naviqasiya sistemi daxildir.

Volkswagen Amarok Dark Label isə gələn ildən Avropada satışa çıxarılacaq və məhdud sayda tirajla buraxılacaqdır. “Tünd emblemli” pikaplar 163 və 204 at qüvvəli altı silindrli dizel mühərrikləri ilə təklif ediləcəkdirlər. Transmissiyalar isə, altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik qutular olacaq.  

Xüsusi seriyadan olan pikaplar kuzovun xüsusi tutqun rəngi və 18-düymlük təkər diskləri ilə  seçiləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt