Vyetnamın VinFast markası Paris avtosalonuna ilk iki modelini gətirəcəkdir. Əvvəlki nəsil BMW X5 və BMW 5-Series modellərinin platformasında inşa edilən krossover və sedanın istehsalına gələn ilin yazında başlanacaqdır. Hayfonda inşa edilmiş zavod tam gücünə 2019-cu ilin sentyabrında çıxmalıdır.

VinFast avtomobillərinin dizaynı üzərində Pininfarina atelyesi işləyibdir. İstehsalçı yeni avtomobillərdə “vyetnam ruhunun, italyan dizaynının və alman texnologiyalarının” əksini tapdığını iddia edir. Eyni zamanda, VinFast avtomobillərinin “inkişaf edən Vyetnamın gücünün, mütərəqqi ruhunün, enerjisinin” simvolu olduğu qeyd edilib.   

Pininfarina ilə yanaşı avtomobillərin yaradılması prosesinə Bosch, Magna və Siemens kimi məşhur şirkətlər də cəlb edilib. Bu şirkətlər alman platformalarını təkmilləşdirməyə yardım ediblər.  Şirkətlər avtomobillərin passiv təhlükəsizliyini yaxşılaşdırmış, bir sıra qovşaq və aqreqatlarını təkmilləşdirmişdirlər.

Məsələn, alman şirkətləri VinFast şirkətinə BMW N20 mühərrikinin əsasında yeni 2,0-litrlik turbomühərrikləri yaratmağa kömək ediblər. VinFast şirkəti iş fazalarının pilləsiz dəyişməsi texnologiyasına lisenziyanı əldə edə bilmədiyi üçün vyetnam mühərrikləri daha sadədirlər. Onların hasilatı 177-230 at qüvvəsi arasında olacaqdır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt