Williams F1 komandasının texniki bölməsi olan Williams Advanced Engineering şirkəti elektromobillər üçün nəzərdə tutulmuş miqyaslanan platformanı təqdim edib. Firmanın icraçı direktoru Kreyq Uilson bu platformada istənilən kuzova malik olan tam elektrik və ya hibrid avtomobilini inşa etməyin mümkün olduğunu bəyan edib.

FW-EVX adını almış platformanın quruluşu onun mərkəzində batareyaların, həmçinin dörd elektrik mühərrikinin quraşdırılmasını nəzərdə tutur. Akkumulyatorların gövdəsi karbon liflərindən rəvan nazik “vərəq” şəklində hazırlanmışdır. 

Şassiyə quraşdırılan zaman bu “vərəq” səhifə şəklində qatlanaraq bütün konstruksiyanın sərtliyini gücləndirir. Şirkət həmçinin, batareyaların yeni soyutma sistemini yaradıb və 80 faizi təkrar emal edilən karbon liflərindən hazırlanan asqı sisteminin tam avtomatlaşdırılmış yaradılması prosesini tətbiq edib. Bu asqı alüminium analoqlarından 40% yüngüldür.

Bir neçə ildir ki, Williams Advanced Engineering Formula E seriyası ilə sıx əməkdaşlıq edir. Şirkət çempionatı akkumulyatorlar ilə təchiz edir.

Bununla yanaşı, şirkət Aston Martin ilə birlikdə RapidE elektrik superkarı üzərində işləyir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt