Bu günlərdə internetdə yayılmış videoçarxın qəhrəmanı altı təkərli ofroderdir. Mercedes-AMG G63 6x6 modelinə bənzəyən avtomobilin 9000 dollara başa gəldiyi bildirilir.

Ekstremal ofroderin replikasını yapon Nihon Automotive School (NATS) universitetinin 12 nəfər tələbədən ibarət komandası hazırlamışdır.  Üç oxlu monstrun hazırlanması üçün iki ədəd işlənilmiş Suzuki Jimny modelini qurban vermək qərarı alınmışdır.

Tələbələr  Jimny modelinin birinin ramasına ikinci avtomobilin ramasını qaynaq edərək üçoxlu ofroderi yaratmaq müvəffəq olublar. Bununla belə, avtomobilin mühərriki standart 60 at qüvvəli üç silindrli turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı 4 pilləli “avtomat”dır. Avtomobil dörd təkərə ötürülən tam çəkiş sistemi ilə təchiz edilmişdir.

Replikanın maksimal olaraq orijinal ofroderə bənzəməsi üçün tələbələr Mercedes-Benz kataloqundan olan ehtiyat hissələrini sifariş etməyə məcbur olmuşdurlar. Bunların arasında fənərlər, radiator barmaqlığı və bamperlər vardır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt