BMW şirkəti yenidən bərpa edilmiş 8-Series kupesinin seriya variantının ilk tizerini dərc edib. Təsvir alman markasının Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib.

İstehsalçı yeni nəsil BMW 8-Series modeli barədə heç bir məlumat verməyiblər. Əvvəllər yeni kupenin 2018-ci ilin sonunda təqdim ediləcəyi söylənilmişdir. Kupenin carçısı olan konseptual avtomobil 2017-ci ilin yazında debüt edib. Prototip karbon kuzov elementlərinə, 21-düymlük təkər disklərinə, ön lazer fənərlərinə, həmçinin Barcelona Grey Liquid adlanan unikal rəngə malik olub. Bu ilin əvvəllərində yeni avtomobilin seriya variantının cəsus fotoşəkilləri dərc edilib.

Bu təsvirlərdə bərpa edilmiş 8-Series kupesinin dizaynı tamamilə açıqlanmışdır. Təsvirlərdə avtomobilin eksteryer və interyeri də  təsvir edilib.