Mercedes-Benz şirkəti yeni nəsil Sprinter kommersiya avtomobilləri ailəsini təqdim edib. Model «internet əşyaları» konsepsiyasının tərkib hissəsi olub və öndən, arxadan və tam çəkişli modifikasiyalara malikdir.

Sprinter modelini kuzov növündən, şassidən, kuzovun uzunluğu və hündürlüyüdən, güc qurğularından, yükləmə meydançasının ölçüsündən və oturacaqların sayından asılı olaraq 1700 müxtəlif tərtibat variantında sifariş etmək olar. Bundan başqa, avtomobillər yeni nəsil A-Class modelində debüt edən MBUX multimedia kompleksi və Mercedes PRO connect sistemi ilə təchiz edəcəkdirlər. Bu sistemlər sayəsində avtomobillər daima şəbəkədə olacaqdırlar: menecerlər bir avtoparkın bütün furqonlarının nəinki yerləşməsinə, həmçinin çəndəki yanacağın səviyyəsinə də məsafədən nəzarət etmək şansına malik olacaqdırlar. Eyni zamanda menecerlər hər bir sürücüyə və ya müəyyən qrupa ismarıc da göndərə bilərlər.

Yeni Sprinter panel furqonundan tutmuş 20-yerli sərnişin avtomobilinə qədər altı kuzovla təklif edilir. Həmçinin 3230 - 4325 millimetr arasında beş təkər bazası variantı mövcuddur. Modifikasiyasından asılı olaraq avtomobillərin yükgötürmə qabiliyyəti 2,5 - 5,5 ton arasında dəyişir.

Ən uzun və ən hündür kuzova malik olan top-variant 17 kubometr yük götürür ki, bu da yeddi avropallet deməkdir. Yükləmə meydançası yalnız metalla, və yaxud ağac və plastiklə örtülə  bilər. Əvvəllər olduğu kimi, arxadan və tam çəkişli variantlarla yanaşı, yeni Sprinter artıq öndənçəkişli modifikasiyada da təklif ediləcəkdir. Bu modifikasiya arxaçəkişli varianta nisbətən 50 kiloqram artıq yük götürə bilər. Onun maksimal yükgötürmə qabiliyyəti 3,0 - 4,1 tona çata bilər. Bundan başqa, yeni avtomobilin kandarı 80 millimetr aşağıda yerləşir ki, bu da furqonun yüklənib-boşaldılmasını daha asan edir. 

Öndənçəkişli Sprinter modelləri doqquz pilləli avtomatik ötürmələr qutusuna sahib olacaqdırlar. Digər modellər isə yeddi pilləli avtomatik transmissiya ilə təchiz ediləcəkdirlər. Öndən və arxadan çəkişli avtomobillər üçün opsiya şəklində polad yayların əvəzinə karbon plastiki ilə gücləndirlmiş arxa ressorları da sifariş etmək mümkündür. İstehsalçının bildirdiyinə görə, bu rahatlığın artırılmasına, yükgötürmə qabiliyyətinin 12 kiloqram artmasına xidmət edəcəkdir. Bundan başqa, Sprinter modelinin digər modifikasiyaları üçün arxa pnevmatiq asqını sifariş etmək də mümkündür.

Arxadançəkişli Mercedes-Benz Sprinter avropa bazarında 114, 143 və 163 at qüvvəsinə malik olan 2,1-litrlik dörd silinrli dizel aqreqatı ilə təklif ediləcəkdir. Öndənçəkişli modifikasiyalar da eyni mühərriklərə sahib olacaqdır, lakin, sonuncu variantın gücü 177 at qüvvəsinə qədər artırılacaqdır. Bu mühərrik «təkərli evlər» üçün də təklif ediləcəkdir. Bundan başqa, Sprinter 190 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli dizel mühərriki ilə də təchiz ediləcəkdir.

2019-cu ildə satışa elektrik eSprinter furqonu çıxacaqdır. Lakin, model haqqında texniki məlumat verilməyib. Şirkətdən elektrofurqonun yalnız iri şəhərlərin daxilində istismar üçün nəzərdə tutulduğu bildirilib.

Yeni Sprinter modeli üçün sifarişlərin qəbuluna iyunda başlanacaqdır. Avtomobilləri Lyudviqsfeld və Düsseldorfdakı zavodlarda istehsal edəcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt