Audi şirkəti növbəti nəsil A8 bayraqdar sedanının yeni tizerini dərc edib. Videoçarx sedanın uzun bazalı variantına həsr edilib. Videoçarxdan belə məlum olur ki, yeni bayraqdar sedanın avadanlıqları arasında arxa sərnişinlərin ayaqlarını massaj funksiyası da mövcud olacaqdır.

Videodan da göründüyü kimi söhbət  pəncələrin massajından gedir. Bunun üçün, ön oturacaqların arxa hissəsində, açılan ayaq dəstəyinin altında xüsusi bölmə mövcuddur.

Massaj funksiyasını aktivləşdirmək üçün  ikinci cərgədə çıxarıla bilən xüsusi displey-planşet də quraşdırılıb. Həmçinin, displeyin yanında arxa oturacaqların idarəedilməsi bloku da yerləşdirilib. 

Yeni bayraqdarın rəsmi təqdimat mərasimi 11 iyul tarixində markanın Barselonada keçiriləcək sammitində baş tutacaqdır. Onun kütləvi təqdimatı isə, sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.