"BimmerToday" portalının yaydığı xəbərdə yeni nəsil BMW 5-Series sedanının “qaynar” variant olan M5 sedanında tam ötürməli çəkiş sisteminin söndürülməsi funksiyasının olacağı bildirilmişdir. Ehtimallara görə, tam çəkiş sistemindən arxa çəkişə keçmək üçün salonda quraşdırlan xüsusi düyməyə basmaq lazım gələcəkdir.

Nəşrin əldə etdiyi məlumata görə, belə imkan idarəetmə elektronikasının bəzi rejimlərində, misal üçün trek rejimində mümkün olacaqdır. Digər bir məlumata əsasən, bu düymə birbaşa sükan çarxında yerləşəcəkdir. Beləliklə, sürücü ani olaraq dartqı qüvvəsinin yalnız arxa oxa məcburi olaraq ötürülməsini aktiv edə biləcəkdir. BMW M5 modelinin növbəti nəsli 600 at qüvvəsinə malik olan 4,4-litrlik  V8 TwinTurbo mühərriki ilə təchiz ediləcəkdir. Hazırki modeldən ciddi şəkildə yüngül olacaq avtomobil 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Növbəti nəsil M5 modelinin tam çəkiş sistemi ilə təchiz ediləcəyi 2013-cü ildə bildirilmişdir. Çox güman ki, Bavariya istehsalçısını bu addımı atmağa Mercedes-AMG E63 S 4Matic və gələcək Audi RS6 Avant modelinin mövcudluğu sövq etmişdir. Yeri gəlmişkən, tam çəkiş sisteminin söndürülməsi Mercedes-AMG E63 sedanında da nəzərdə tutulmuşdur. “Drift-rejim” adlanrıdlan rejimdə fırlanma anının tamamilə arxa təkərlərə ötürülməsi nəzərdə tutulmuşdur.