Artıq məlumdur ki, sabah yeni nəsil Porsche Cayenne krossoverinin rəsmi təqdimatı olacaqdır. Lakin, bu gün internet şəbəkəsində yeni avtomobilin fotoşəkilləri meydana çıxıb. Təsvirlər Auto Express nəşrinin saytında dərc edilsə də, sonradan oradan şiliniblər.

Təsvirlərdən də göründüyü kimi, yeni avtomobil sələfinə çox bənzəyir. Yeni avtomobil ön və yan hissəsinin dizaynı ilə sələfini xatırlatsa da, arxa hissədə yeni Panamera modelinin üslubunda hazırlanmış fənərləri görürürk. Eyni zamanda, krossoverin interyeri tamamilə dəyişib - avtomobil multimedia sisteminin iri displeyi olan ön panelə sahib olub. Bundan başqa, yeni sükan çarxını və ötürmələr qutusunun selektorunun ətrafında olan sensorlu düymələri görmək mümükündür.

Yeni Porsche Cayenne modelinin əsasını Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən MLB Evo modul platforması təşkil edir. Onun mühərrik çeşidinə səkkiz silindrli mühərrikdən başqa altı silindrli benzin və dizel aqreqatları daxil olacaqdır. Porsche Cayenne Turbo modelinin 550 at qüvvəli mühərrikə sahib olacağı ehtimal olunur. Eyni zamanda, yeni krossover 700 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə də təklif olunacaqdır.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt