Seat şirkəti öz pərəstişkarlarını yeni krossover üçün ad seçimində iştirak etməyə çağırıb. İspan istehsalçısı bunun üçün bir neçə şərt də irəli sürmüşdür.

Variantlar xüsusi olaraq hazırlanmış saytda 1 – 22 iyun arasında qəbul ediləcəkdir. Şərtlərə görə, təklif edilən ad İspaniyanın coğrafiyasına aid olmalı və iki dildə asan səslənməlidir.

Qələbəyə namizəd olan adların qısa siyahısı 12 sentyabrda Frankfurt avtosalonunda elan olunacaqdır. Bundan sonra, 25 sentyabra qədər arzu edənlər ən yaxşı adı seçmək üçün səsvermədə iştirak edə bilərlər. Qalibin adı 15 oktyabrda açıqlanacaqdır. Yeni krossover Seat şirkətinin model cərgəsindəki avtomobillərdən ən irisi olacaqdır.

Krossover yedi yerlik modifikasiyada təklif ediləcək və model cərgəsində Ateca krossoverindən bir pillə yuxarıda qərarlaşacaqdır. Yeni avtomobil satışa 2018-ci ildə çıxarılmalıdır.