Ford F-150 Raptor pikapının yeni və köhnə modifikasiyaları düzlükdə sürətlənmə yarışlarında iştirak ediblər. Bu yürüşdən çəkilmiş videoçarx Hennessey Performance şirkətinin YouTube kanalında yayımlanıb.

2017-ci ilin istehsalı olan F-150 Raptor pikapı 3,5-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz edilmişdir ki, Hennessey mütəxəssislərinin müdaxiləsindən sonra bu mühərrik 600 at qüvvəsi hasil edir.

İkinci pikar isə 2014-cü ilin istehsalıdır və onun kapotunun altında ötürməli kompressoru olan 6,2-litrlik səkkiz silindrli mühərrik yerləşdirilmişdir. Bu aqreqat da 600 at qüvvəsinə malikdir.

Son nəsil Ford F-150 Raptor modeli 3,5-litrlik V6 turbomühərriki ilə təchiz edilir.

Bu mühərrik 456 at qüvvəsi və 690 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.