Toyota şirkəti populyar yolsuzluq avtomobili olan Land Cruiser 200 modelini yeniləyib. Yenilənmiş ofrouderin fotoşəkillərini Instaqram şəbəkəsində hamad1two3 adlı istifadəçi dərc edib.

Yayılan fotoşəkillərdən göründüyü kimi, 2019-cu model ilinin Toyota Land Cruiser 200 modeli əvvəlkindən yenilənmiş ön hissəsi ilə seçilir.

Burada daha aqressiv qabaq spoyleri, həmçinin az sayda üfüqi xəttləri olan radiator barmaqlığını görmək olar. Arxa hissədə baş verən dəyişikliklər isə yeni arxa spoylerdən və dizaynı yenilənmiş arxa bamperdən ibarətdir.

Land Criuser LC 200 modelinin dəbdəbəli “qardaşı” olan Lexus LX 570 modeli Bıack Edition S versiyasına sahib olub. “Qara” dəstin tərkibinə içərisi tündəşdirilmiş ön fənərlər, “şəffaf” arxa fənərlər, qara rəngə boyanmış təkər diskləri və radiator barmaqlığı, qara rəngli pəncərə haşiyələri və moldinqlər daxildir. Hər iki avtomobilin texniki cəhətdən dəyişikliyə məruz qalması barədə məlumat mövcud deyildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt