Jaguar Land Rover qrupu məşhur İsveçrə saat istehsalçısı Zenith ilə birlikdə Chronomaster El Primero xüsusi saat seriyasını hazırlamışdır. Bu seriya Range Rover Velar ofroderinə həsr edilmişdir.

Bildiyimiz kimi, 1969-cu ildə meydana gəlmiş Rover markasının ilk ofroderinin prototipi Velar adını daşıyırdı. Velar sözünün əsasını latın «velare» feli təşkil edir ki, bu da latıncadan tərcümədə «örtmək, gizlətmək» deməkdir. Elə həmin il Zenith şirkəti avtomatik qurulan və 1/10 saniyə arasında vaxt intervallarını ölçən El Primero (tərcümədə «birinci» deməkdir) xronoqrafını hazırlamışdı. Range Rover Velar avtomobilinə həsr edilmiş saat keramika ilə örtülmüş alüminiumdan olan 42 millimetrlik gövdəyə malikdir. Gövdənin əks tərəfində rotor də bağlama halqasının üzərində Range Rover və Velar sözləri həkk edilmişdir. Xronoqrafın qobağısı rezindən hazırlanmış və avtomobilin oturacağının üzləndiyi tünd boz dana dərisi ilə örtülmüşdür. Qolbağının kilidi isə titandandır. Xronoqrafın qiyməti açıqlanmamışdır. Adi Zenith Chronomaster El Primero  xronoqrafının qiyməti təxmini 10 min dollar təşkil edir. 

Image alt Image alt Image alt