Ümumdünya avtoidman şurası 2021-ci il mövsümü üçün hazırladığı texniki və idman reqlamentini yekdilliklə təsdiq edib. Ostində keçiriləcək ABŞ Qran Prisi çərçivəsində təşkil olunacaq mətbuat konfransında yeni reqlamenti təqdim etmiş Formula 1 çempionatının icraçı direktoru Ceyz Keri, texniki direktoru Nikolas Tombasis, idman direktoru Ross Braun və FIA prezidenti Jan Todt iştirak edəcəkdirlər.

2021-ci ilin texniki reqlamentinə uyğun olaraq hazırlanmış F1 bolidləri cazibədar olmaqla yanaşı, pilotlara sıx mübarizə aparmaq imkanı verəcəkdirlər. Aerodinamika üzrə reqlamentdə ciddi dəyişiklik olacaqdır ki, bu da təqib zamanı yerəbasma gücünün itməsinin qarşısını alacaqdır. Bundan başqa, yeni bolidlər işıqdiodlarından indekisasiyaya malik olan 18-düymlük təkər diskləri ilə təchiz ediləcəkdirlər. İşıq tabloları avtomobillərin gövdəsində də peyda olacaqdırlar. Xatırladaq ki, hazırda F1 bolidləri yaxın təqib zamanı yerəbasma gücünün 40-50% itirirlər. Yeni reqlament bu rəqəmi 5-10% qədər endirməlidir. Eyni zamanda, yeni avtomobillər bu günki bolidlərdən 3 – 3,5 saniyə yavaş olmalıdırlar.

F1 çempionatının tarixində ilk dəfə olaraq illik xərclər 175 milyon dollar səviyyəsində məhdudlaşdırılacaqdır. Bu məbləğə marketinq xərcləri, pilotların və üç aparıcı mütəxəssisin əmək haqqlarından başqa bütün xərclər daxildir.

İdman və texniki reqlamentində də ciddi dəyişikliklər olacaqdır. Komandalar həftəsonu boyu avtomobilləri təkmilləşdirə bilməyəcəkdirlər. Eyni zamanda, mövsüm boyu edilən aerodinamik yeniliklərin sayı da ixtisara salınacaqdır ki, bu da bahalı “silahlanma yarışmasının” qarşısını almalıdır. Standart qurğu və detalların sayı da artırılacaq, bir sıra komponentlərin dəyişdirilməsi isə məhdudlaşdırılacaqdır. Bolidlərin çəkisi 25 kq artacaqdır.

Yarış həftəsonunun formatında da əhəmiyyətli dəyişikliklər olacaqdır – cümə axşamı təşkil edilən mətbuat konfransı cümə gününə keçiriləcək və sərbəst yürüşlərdən öncə baş tutacaqdır. Üçüncü sərbəst yürüşün başlaçması ilə avtomobillər bağlı park qaydalarının tələblərinə cavab verməlidirlər - yəni, yarış versiyasında olmalıdırlar.

Üçüncü sərbəst yürüşlərdə, komandalar avtomobillərini birinci sessiyadan öncə yoxlama üçün təqdim edilən “etalon spesifikasiyasına” uyğunlaşdırmalıdırlar. Bu səbəbdən də üçüncü sərbəst yürüşlərdə sınaqdan çıxarılan bütün elementlər avtomobilin üzərindən çıxarılmalıdır.

Bundan başqa, komandalar il ərzində iki və ya az Qran Prini başa vurmuş pilotlarla ən azı iki məşq sessiyası həyata keçirməlidirlər. Bu yeni pilotlara özünü göstərmək şansı verəcəkdir. Yeni mövsümdə keçiriləcək mərhələlərin sayını 25-ə qədər artırmaq planlaşdırılır.

Xərclərin azaldılması məqsədilə hər həftə aerodinamik boruda işləyən briqadaların sayı ixtisara salınacaqdır. Fziki sınaqların əvəzinə hidrodinamikanın CFD hesablama texnologiyasından istifadə edilməsinə üstünlük veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Buna qaydalarda edilmiş başqa dəyişikliklər də xidmət edir. Məsələn nazikprofilli şinlərə keçilməsi təkcə estetik xarakter daşımır. Hazırda F1-də istifadə edilən hündürprofilli şinlər güclü şəkildə yer və formanı dəyişməyə məruz qalırlar ki, bu da aerodinamikaya ciddi təsir göstərir. İri büdcəyə malik olan komandalar bu effekləti araşdıraraq onlara üstünlük verən həlləri əldə etmək iqtidarındadırlar. Daha sərt yan tərəflərə malik olan şinlər güclü şəkildə yerdəyişmir və aerodinamianı sadələşdirirlər, beləliklə işləmələrə qoyulan sərmayəni də azaltmış olurlar.

Öz tərəfiimdən bildirmək istəyirəm ki, bu dəyişikliklər həqiqətən inqilabi hesab edilə bilər və ümid edirəm ki, bizə maraqlı və həyacanverici yarışlar seyr etmək şansı verəcəkdirlər.