Roger Dubuis saat manufakturası Lamborghini şirkətinin idman bölməsi olan Squadra Corse ilə birlikdə hazırladığı saatı təqdim edib. Bu Excalibur Aventador S adlı skeletondur. Məlumat üçün, skeleton açıq mexanizmi olan saatlara deyilir.

İki balanslaşdırıcı təkəri, əllə qurulması və 40 saatlıq gediş ehtiyatı olan yeni mexanizm, italyan brendinin avtomobillərində tətbiq edilə materiallardan – çoxqatlı karbon liflərindən, Lamborghini tərəfindən yaradılmış C-SMC kompozit materialından və titandan hazırlanmışdır. Mexanizmin bərkidilməsi ön asqının dayaqlarını birləşdirən tirləri, gediş ehtiyatının indikatoru olan yaylı baraban isə, avtomobilin uzununa yerləşdirilmiş “mühərrikini” xatırladır. Saatın bir sıra elementləri Lamborghini markasının firma çalarlarına - sarı Giallo Orion və narıncı Arancio Argos rənglərinə boyanıb.

Manufaktura sarı haşiyələri olan skeletondan 88 ədəd, narıncı haşiyəlidən isə, cəmi səkkiz ədəd buraxmağı planlaşdırır. Birinci variantın dəyəri 194500, ikinci variantın isə, 216000 dollar təşkil edəcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt