M2K Motorsports tüninq-atelyesinə məxsus olan əvvəlki nəsil Ford GT superkarı üçüncü cəhddən bir mildə yeni sürət rekordunu qeydə alıb. 2500 at qüvvəli avtomobil 483,45 km/saat həddinə qədər sürətlənib.

M2K Motorsports atelyesinin Ford GT özünün 2017-ci ildə qeydə aldığı 472.5 km/saatlıq rekordunu yeniləyib. Superkar Ford şirkətinin 5,4-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Bu mühərrik iki Precision Turbo PT8285 CEA turbokompressoru, kastom giriş kollektoru, Wilson yanacaq borusu və Precision Turbo forsunkaları ilə təchiz edilir. VP M1metanolu ilə işləyən mühərrik 2500 at qüvvəsi hasil edir.