Şənbə günü Ostində keçirilmiş təsnifat mərhələsində Mercedes komandasının fin pilotu Valtteri Bottas poulu əldə edib. Finlandiyalı Ferrari pilotu Sebastyan Fettel və Red Bull Racing komandasının lideri Maks Ferstappeni üstələməyi bacarıb.

Bottasın komanda yoldaşı Lyuis Həmilton isə yalnız beşinci nəticəni göstərə bilib. Ferrari komandasının monakolu pilotu Şarl Lekler dördüncü olmağı bacarıb. Monakolu üçüncü sərbəst yürüşlərdə iştirak etməyib - onun mühərriki iflas edib və Ferrari komandası gənc pilotun mühərrikini dəyişməyə məcbur olub. Lakin, bu dəyişikliyə görə monakoluya cəza verilməyəcəkdir, çünki komanda bolidə əvvəlki yarışlarda istifadə edilmiş mühərriki quraşdırıb. 

Red Bull Racing komandasının gənc pilotu Aleks Əlbon ilk altılığı tamamlayıb. Yarışa Medium təkərlərilə başlayacaq ilk beşlikdən fərqli olaraq, Əlbon Soft təkərləri ilə start alacaqdır. İlk onluğu Lando Norris, Karlos Sayns, Daniel Rikkardo və Pyer Qasli tamamlayıb.