Audi markasının pərəstişkarları səbirsizliklə RS3 modelinin debütünü gözləyirlər. Bununla belə, artıq Kemptendə fəaliyyət göstərən ABT Sportsline atelyesi «bərkgedən» hetçbeki gözləmək iqtidarında olmayanlar üçün xüsusi təklif hazırlayıb. Kemptenli tüner Audi S3 modelini əldə edərək, onun xarakteristikasını daha güclü varianta yaxınlaşdırmağa cəhd edib.

Bildiyimiz kimi, Audi S3 modelinin kapotunun altında yeləşən 2,0-litrlik TFSI mühərriki İnqolştadtdakı zavodun qapısından çıxarkən 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. ABT mühəndislərinin müdaxiləsindən sonra, mühərrikin hasilatı 365 at qüvvəsi və 450 Nm fırlanma anına qədər yüksəlir. Əlbəttə, bu güc göstəriciləri RS3 modelinin 2,5-litrlik turbomühərrikinin göstəriciləri ilə müqayisə edilməzdir, hələ «bərkgedən» heçtçbekin saundtrekini demirəm…

Atelye nümayəndələri tüninq keçmiş S3 modelinin dinamik xarakteristikalarını açıqlamasalar da, əlavə 60 at qüvvəsinin və 50 Nm-in hetçbekin dinamikasina müsbət təsir göstərəcəyini söyləmək olar. Xatırladaq ki, standart Audi S3 modeli 100 km/saata 4,8 saniyəyə sürətləir, onun maksmal sürəti isə 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

«Ürək» əməliyyatı ilə yanaşı, Audi S3 modeli qara rəngli beş qollu 20-düymlük xüsusi təkər disklərinə də sahib olub. Lakin, alternetiv olaraq, atelye gümüşü və ya qara tərtibata malik olan 19-düymlük variantları da təklif edir. Bundan başqa, qarşımızda qeyri-adi S3 hetçbekinin durduğuna 102-millimetrlik ucluqları olan «dördlüləli» çıxış boruları olan buraxılış sistemi də işarə edir.

Atelye mütəxəssislərinin toxunmadığı yeganə sahə avtomobilin aerrodinamik kuzov dəstidir. Yəqin ki, kemptenlilər yaxın zamanda bu çatışmamazlığı da aradan qaldırarlar.