ABT Sportsline atelyesi mart ayında Cenevrədə keçiriləcək avtosalonda Audi RS5 modelinin bazasında hazırladığı kupeni təqdim edəcək. RS5-R adını almış kupedən 50 ədəd buraxılacaqdır.

ABT RS5-R kupesi 530 at qüvvəsi və 690 Nm fırlanma anı hasil edən 2,9-litrlik altı silindrli turbomühərrik ilə hərəkətə gəlir. Bu standart RS5 kupesində olduğundan 80 at qüvvəsi və 90 Nm çoxdur. Təkmilləşdirilmələrdən sonra kupenin 100 km/saat həddinə sürətlənməsi 3,6 saniyə tələb edir.

Bu adi Audi RS5 modelində olduğundan 0,3 saniyə yeyindir. Tüninq mütəxəssisləri kupeni daha sərt stabilizatorları, amortizatorları və yayları olan asqı, arxa bamperdəki karbondan olan diffuzor və 275/75 ölçülü şinləri olan 21-düymlük təkər diskləri ilə təchiz ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt