Alman AC Schnitzer tüninq atelyesi BMW i8 sportkarının bazasında patrul avtomobilini inşa edib. Yeni polis avtomobili Alman tüninq şirkətləri assosiasiyasə (VDAT) və Almaniyanın Federal nəqliyyat və rəqəmsal infrastruktura nazirliyinin dəstəklədiyi Tune it! Safe! təhlükəsizlik tüninq proqramının çərçivəsində hazırlanıb.

VDAT assosiasiyasının üzvləri hər il konseptual polis avtomobili təqdim edirlər. Bu dəfə AC Schnitzer bavariya istehsalçısının ən texnoloji avtomobili olan i8 modelini seçiblər. İlkin olaraq, modelin asqısının hündürlüyü yeni yaylar sayəsində 20 millimetr azaldılıb. Sonradan yeni yay dəsti ilə təchiz edilən asqı Nürburqrinqdə sınaqlardan keçirilibdir. Bundan başqa, sportkar adi disklərdən 4,4 kiloqram yüngül olan 21-düymlük təkər diskləri ilə təchiz edilibdir.

Tüner sportkarı karbondan hazırlanmış elementləri olan aerodinamik kuzov dəsti ilə də təchiz edib. Bu dəstin tərkibinə ön spoiler, kanardlar, iri arxa antiqanad və üçtərkibli diffuzor daxildir. Bundan başqa, qapı dəstəkləri, yan güzgülərin korpusları, radiator barmaqlığının detalları və hava girişlərinin örtükləri karbondan hazırlanıbdır. Salonda alüminiumdan sükanaltı dəstəklər və pedallar, həmçinin iDrive kontrollerinin metal örtüyü quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt