Airbus Corporate Helicopters (ACH) şirkətinin təklif etdiyi dəbdəbəli helikopterlərdən biri də ACH145 modelidir. Helikopterin təchiz edildiyi müasir beş pərli aparıcı vint faydalı yüklənməni 150 kiloqram artırıb. ACH145 modelinin digər xüsusiyyətlərinə daha yüksək səviyyəli rahatlıq, sadələşdirilmiş texniki xidmət və təmir prosedurları, həmçinin yeni nəsil rabitə sistemləri daxildir.

ACH145 rahatlıq və sürəti özündə birləşdirir. Sinifində ən sakit helikopter olan H145 şəhərdə və ofislərin yerləşdiyi rayonlarda eniş edə bilər.

Yeni beş pərli vint helikopterin uçuş xarakteristikalarını yaxşılaşdırmağa imkan verib. Beləliklə, helikopterin maksimal qalxış çəkisi 3800 kiloqrama qədər artırılıb və faydalı yüklənməsi isə, onun boş çəkisi ilə müqayisə oluna bilər. Aparıcı vintin yeni konstruksiyası texniki xidmət prosedurlarını xeyli asanlaşdırır, istismar etibarlılığını və təhlükəsizliyini artırır, eyni zamanda, həm sərnişinlər, həm də uçuş heyətini daha yüksək səviyyədə rahatlıq ilə təmin edir.

Bundan əlavə, yeni ACH145 modeli real vaxt rejimində, o cümlədən uçuş zamanı, helikopterdən fasiləsiz və daha etibarlı şəkildə məlumatın ötürülməsini təmin edən simsiz rabitə rabitə sistemi (WACS) ilə təchiz edilmişdir.

Sərnişinlər geniş baqaj bölməsini, kabindəki əyləncə sistemini və salonun xüsusi işıqlandırmasını da qiymətləndirə bilərlər.

Yeni ACH145 modelinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən cari ilin əvvəlində sertifikatlaşdırılması planlaşdırılır, bundan sonra yeni helikopterlərin müştərilərə çatdırılmasına start veriləcəkdir. Airbus Helicopters, həmçinin müştərilərinə H145 helikopterlərinin hazırkı donanmasını yeniləmə seçimini də təklif edəcəkdir.

ACH145 helikopteri iki Safran Arriel 2E mühərriki, elektron-rəqəmli mühərrik idarəetmə sistemi (FADEC) və 4-oxlu avtopilotlu olan Helionix avionika sistemi ilə təchiz olunmuşdur ki, bu da uçuş təhlükəsizliyini artırır və pilotun yükünü azaldır.