Alfa Romeo şirkəti sosial şəbəkələrdə sirlə dolu videotizeri dərc edərək, italyan markasının qarşıdan gələn Cenevrə avtosalonunda «əhəmiyyətli qayıdış» adlandırılan genişmiqyaslı təqdimat keçirməyə hazırlaşdığını bildirib. İsveçrədə baş tutacaq bu müəmmalı hadisə martın 3-nə planlaşdırılıb. Qısa tizerdə yalnız mühərrikin səsi əks olunub.

Çox güman ki, Alfa Romeo yeni modeli təqdim etmək niyyətindədir. Bu modelin 8C və ya GTV modelinin olacağını güman etmirik. Böyük ehtimalla, söhbət Alfa Romeo Giulia sedanın Gran Turismo Alleggerita adlı yüngülləşdirilmiş modifikasiyasından gedir. Eyni zamanda, bu model son günlərini yaşayan Giulietta modelinin yeni nəsli də ola bilər.  Bir sözlə, «əhəmiyyətli qayıdış» arxasında nəyin gizləndiyi gələn həftə məlum olacaqdır.

Mənbə: Alfa Romeo