Çinin Alibaba şirkəti maraqlı xidmət haqqında məlumat verib. Artıq istənilən şəxs küçədə gördüyü avtomobili test edə bilər. Yeni xidmət avtomobil satışını həyata keçirən vendinq avtomatının köməyi ilə göstərilir. Xidmətin iş prinsipini əks etdirən videoçarx şirkətin rəsmi YouTube kanalında dərc edilib.

Alibaba şirkətinə məxsus olan Tmall.com internet-meydançasının müştəriləri xüsusi mobil əlavənin köməyi ilə küçədə görüdükləri avtomobilin şəkilini çəkərək, onu mobil əlavəyə yükləməlidirlər. Bundan sonra, proqram vendinq avtomatında belə avtomobilin olub-olmadığı barədə xəbər verəcək və onu test üçün rezervasiya edəcəkdir.

Bundan sonra istifadəçiyə selfi çəkərək onu əlavəyə yükləmək gərəkdir. Test drayvlar pulsuz olacaqdır. Avtomobilin maksimal test müddəti isə üç gün təşkil edir. Bununla belə, bu xidmət yalnız yüksək reytinqə malik olan müştərilərə göstəriləcəkdir. Testdən sonra müştəri ya yeni testi sifariş edə, ya da ki, test etdiyi avtomobili satın ala bilər.