Almaniyada fəaliyyət göstərən Pogea Racing tüninq atelyesi Alfa Romeo 4C modeli üçün hazırladığı Zeus adlı təkmillədirmələr proqramını təqdim edib. Kupe daha güclü mühərrikə və karbondan hazırlanmış aerodinamik kuzov dəstinə sahib olub. Kupenin interyerini neon mavisi rəngində dəlikli Porsche dərisi və nazik Bentley nappa dərisi ilə örtüblər.

Pogea Racing atelyesinin hazırladığı kupe kuzovun orijinal firuzə rəngi və tərkibinə bamperlər, yan ətəklər, diffuzor, arxa antiqanad və Edison Forged təkər diskləri daxil olan aerodinamik kuzov dəsti ilə seçilir. Mühəndislər kupenin çəkisini 8% azaldaraq 899 kiloqrama çatdırıblar.

Artıq çəki ilə mübarizə avtomobilin interyerinə şamil olunmayıb. Atelye mütəxəssisləri kupenin ön panelini, qapı panellərini, oturacaqlarını, idarəemə orqanlarını və mərkəzi tunelini yenidən üzləyiblər. Plastikdən hazırlanmış bütün detalları dəri və ya alkantara ilə örtülüblər. Salondakı bütün tikişlər firuzəyi rəngdədir.

Alfa Romeo 4C modelinin 1,75-litlrik dördsilinrli turbomühərriki 240 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Mühəndislər mühərriki gücünü 355 at qüvvəsinə, fırlanma anını isə 465 Nm qədər artırıblar. Yeni güc xarakteristikalarına malik olan Zeus 100 km/saat həddini 3,4 saniyəyə toplayır. 100-dən 200 km/saata sürətlənməyə isə 8,1 saniyə gərəkdir. Pogea Racing Zeus modelinin maksimal sürəti 304 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cəmi 10 ədəd Zues kupesi buraxılacaqdır. Təkmilləşdirmələrin qiymətinin 55 min dollar təşkil etməsinə baxmayaraq, dörd avtomobil artıq öz sahibini tapıb. Qeyd etmək lazımdır ki, Alfa Romeo 4C modelinin satış qiyməti 56 min dollar təşkil edirdi.