Jeep Gladiator pikapının debütündən sonra, əvvəlki JK nəslinin bazasında hazırlanacaq layihələrin artacağını güman etmək olar. Belə bir layihələrdən biri də, 2017-ci ilin Wrangler ofrouderinin bazasında inşa edilmiş 6x6 təkər formuluna və Hellcat mühərrikinə sahib olan pikapdır. Yeri gəlmişkən, bu pikapın qiyməti nə az, nə çox 289900 dollardır. Qeyd edim ki, bu pula beş ədəd Jeep Gladiator Rubicon pikapını almaq olar.

Bahadır? Təsəvvür edin ki, bu pikapın kapotunun altında 707 at qüvvəsinə malik olan 6,2-litrlik V8 mühərriki yerləşdirilbdir. Huntington firması tərəfindən hazırlanmış pikap üçüncü körpü ilə yanaşı,  beş düymlük liftinq dəstinə, xüsusi təkər disklərinə və 35-düymlük yolsuzluq şinlərinə sahib olub.

Avtomobilin xarakteri onun dizaynına da siraət edib: bu xarakteri ön tərəfə quraşdırılmış qara parlaq formalı radiator barmaqlığının əlavəsi, işıqdiodlarından əlavə işıqlandırma və xüsusi bucurqad yaradır. Əlbəttə ki, avtomobilin interyeri də ən yüksək keyfiyyətli dəri və materiallar ilə tərtib edilibdir. Bir sözlə pikap ən mürəkkəb yolsuzluğu qət etməyə tam hazırdır.

Image alt Image alt Image alt Image alt Image alt