Miqyaslı modellərin hazırlanması üzrə ixtisaslaşmış Britaniyanın Amalgam firması sonuncu əsərini nümayiş etdirib. Bu, 1:8 miqyasında hazırlanmış Ferrari 296 GTB superkarıdır. Amalgam şirkətinin bütün məhsulları kimi bu model də detallaşdırmanın ən yüksək səviyyəsi və 199 nüsxədən ibarət olan kiçik tirajı ilə seçilir. Miqyaslı model üçün istənilən 12.062 avro məhz bununla izah olunur.

Amalgam şirkətinin mütəxəssisləri miqyaslı modelin yaradılması zamanı Ferrari 296 GTB modelinin orijinal çertyojlarından istifadə ediblər. Onlar bu işə təxminən üç min saat sərf ediblər. Bütün detallar yüksək keyfiyyətli materiallardan hazırlanıb, boyanın seçilməsi üçün isə, Ferrari şirkətinin zavod kodlarından istifadə olunub. Avtomobilin surəti o qədər dəqiq olub ki, Ferrari Centro Stile tərəfindən rəsmi təqdirə layiq görülüb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İşıq texnikasının naxışı, karbon işləmələr və əyləc supportları tamölçülü hibrid kupenin detallarını dəqiqliklə təkrarlayır. Hərəkət edən qapıları açaraq, idarəetmə orqanlarından tutumuş cihazlar panelindəki göstəricilərə qədər bütün xırda elementlərin dəqiqliklə işləndiyi salonu görmək olar.

Miqyaslı superkarlar əllə hazırlanacaq və hər bie nüsxənin hazırlanmasına ustalar 300 saat vaxt sərf edəcəklər. Bununla yanaşı, Amalgam firmasının planlarında  Ferrari 296 GTB modelinin 1:12 miqyasında olan surətinin buraxılması da var. Məlum məsələdir ki, belə miqyaslı modelin qiyməti bir qədər az, tirajı isə çox ola bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.