Daimler konserni böyük dəyişikliklər ərəfəsindədir və bu il konsern iki şirkətə bölünəcəkdir. Ancaq bu bölünmə yeganə struktur dəyişikliyi deyil. Almaniyanın Automobilwoche nəşri, ən lüks və bahalı avtomobillər üzrə ixisaslaşacaq ayrıca bir bölmənin yaradılacağını bildirib. Bu bölməyə AMG və Maybach subbrendləri ilə yanaşı, digər modellərdən fərqli mövqeləndirilən G-Class da daxil ediləcəkdir.

Belə addımın əsas hədəfləri mühəndis ehtiyatlarını birləşdirmək və marketinq xərclərini optimallaşdırmaqdır. Maraqlıdır ki, bir neçə il əvvəl Daimler konserni öz hesabatlarında bu üç biznes-vahidini artıq birləşdirib.

Eyni zamanda, belə avtomobillərə olan tələbat bazardan daha sürətlə artır. 2011-ci ildə dünyada 23 min AMG modeli və G-Class avtomobilləri satılmışdısa, 2019-cu ildə - 157 min (onlardan 12 mini Maybach, 32 mini isə G-Class olub) avtomobil öz sahibini tapıb. Yeni lüks bölməsinin rəhbərinin hazırda AMG bölməsinə başçılıq edən Filipp Şimerin olacağı gözlənilir. Bu birləşmənin təfərrüatları barədə rəsmi məlumat sentyabr ayında Münhendə keçiriləcək IAA avtoslonunda elan ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.