İtaliyanın Ares Design tüninq atelyesi cəmi 24 nüsxədən ibarət olan seriya ilə buraxılacaq yeni S1 Project Spyder roadster üçün sifarişləri qəbul etməyə başlayıb. Yeni spayder Corvette modelindən alınmış və gücü 715 at qüvvəsinə qədər artırılmış mühərrik əldə edib.

Yeni rodsterin kuzovu bu yaxınlarda təqdim olunmuş Ares S kupesi kimi, tamamilə karbondan hazırlanıb. Eyni zamanda, açıq versiyanın ön şüşə yoxdur, ancaq Centro Stile tərəfindən hazırlanmış iki külək deflektoru vardır. Onlar hava axınını baş dayaqlarının arxasındakı hava girişlərinə yönləndirirlər. Yeni spayderin qalan hissələri Ares S kupesini təkrarlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mühərrik də kupedə quraşdırılan mühərriki ilə eynidır: oturacaqların arxasında yerləşən, 6,2-litrlik V8 atmosfer mühərriki 715 at qüvvəsi və 968 Nm fırlanma anı hasil edir. Eyni aqreqat səkkizinci nəsil Chevrolet Corvette modelində quraşdırılır və 502 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edir. Güc qurğusu səkkiz pilləli iki muftalı "robot" ilə btandemdə çalışır. Ötürmə - arxa oxadır.

Rodsterin qiyməti hələlik açıqlanmayıb, lakin kupe kuzovlu versiyanın qiymətinin 500 min avro olduğu məlumdur. Müqayisə üçün, Corvette Stingray modelinin qiyməti bundan 10 dəfə azdır - 58,9 min dollar.