Lotus şirkətinin keçmiş rəhbəri Deni Bahara məxsus olan Ares Design şirkəti Project 1 sportkarının son variantını təqdim edib. 1970-ci illərin klassik sportkarlarından olan De Tomaso Pantera kupesinin üslubunda yaradılmş avtomobil Lamborghini Huracan modelinin aqreqatlarında inşa edilib.

Project 1 sportkarı Legends Reborn seriyasının ilki olacaqdır. Ares Design bu layihə çərçivəsində keçmişin bir sıra əfsanəvi modellərini yenidən buraxmaq niyyətindədir. Müasir Pantera Huracan modelinin bazasında inşa edilsə də, ondan ciddi şəkildə geniş və 12 santimetr uzundur. Sportkar 640 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Avtomobilin kuzovu tamamilə karbondan hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ares Design Project 1 modelində Haldex muftası olan tam çəkiş sistemini, yeddi pilləli «robotu» və öndə altıporşünli, arxada isə dördporşenli supportları olan karbon-saxsı mexanizmlərini saxlayıb. Avtomobil iadaptiv maqnetoroloji amortizatorları olan ikiqollu asqı sistemi ilə təchiz edilir. Pantera modelinin təchizatına öndə 20, arxada isə 21 düymlük alüminiumdan disklər, qalxan LED fənərlər, idman katalizatoru və buraxılış sistemi daxildir. Salon sifarişçinin eskizinə əsasən hazırlanacaqdır. Sİnteryerin tərtibatında nappa dərisi, alkantara və karbondan istifadə ediləcəkdir.