Yaponiyanın Aspark şirkəti Nürburqrinqin elektromobillər üçün rekordunu yeniləmək niyyətindədir. Bunun üçün, yapon istehsalçısı Owl hiperkarından istifadə etmək istəyir. Hiperkar 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənir.

Aspark Owl hiperkarı 2017-ci ildə Frankfurt avtosalonunda debüt edib. 99 santimetrlik hündürlüyü və 850 kiloqram çəkisi olan hiperkar ümumi gücü 435 at qüvvəsi və 764 Nm olan iki elektromühərrik ilə təchiz edilirdi. Elektromotorların eneri ilə təmin edilməsi üçün nəinki güc batareyalarından, həmçinin superkonsensatorlardan istifadə edilirdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Keçən il şirkət hiperkarın spesifikasiyasına dəyişiklik edib və seriyaöncəsi model 1166 at qüvvəsi və 885 Nm hasil edən dördmühərrikli güc qyrğusuna sahib olub. Yaponiyanın Totigi prefekturasındakı poliqondakı sınaqlar zamanı hiperkar 100 km/saat həddinə 1,921 saniyəyə sürətlənib.

Hazırda Nüburqrinqin elektromobillər sinifindəki rekordu Nio EP9 çin hiperkarına məxsusdur. 1360 at qüvvəsinə və 1480 Nm fırlanma anına malik olan hiperkar "Şimal ilgəyini" 6 dəqiqə 45,90 saniyəyə qət edib.