Aston Martin və Şotlandiya fəaliyyət göstərən məşhur viski istehsalçısı olan Bowmore şirkətləri yeni ortaq layihəyə imza atıblar . Bu layihə, məhdud sayda buraxılacaq Aston Martin DBX Bowmore Edition krossoveridir. Ümumilikdə, 18 ədəd belə krossoverin buraxılması planlaşdırılır. Xüsusi seriyadan olan krossoverlərin seçilən cəhəti ön qanadlar və qapılara vurulmuş mis işləmələrdir. Bu işləmələrin hazırlanmasınada köhnə damlatma kublarından hazırlanmış misdən istifadə olunub. Bundan başqa, avtomobilin salon tərtibatında ənənəvi şotland tvidindən istifadə ediləcəkdir.

Aston Martin DBX Bowmore Edition krossoverləri Bowmore Blue açıq mavi rənginə boyanacaqdırlar.  Bu boya, Aston Martin Q bölməsi tərəfindən xüsusi olaraq Bowmore ilə əməkdaşlıq üçün yenidən yaradılmış  arxiv rəngidir. Alternativ olaraq boz Xenon Grey boyası da təklif ediləcəkdir. Ön qanadlar və qapıların üzərindəki mis əlavələr viskini süzmək üçün istifadə edilən miş kublardan hazırlanır. Tünd rəngli emblemlər və tünd rəngli disklər xüsusi versiyanın xüsusiyyətlərindən biridir. Qara rəngli əyləc supportları isə, opsiyadırlar.

DBX Bowmore Edition krossoverini sifariş edənlər iki daxili tərtibat variantından birini seçə bilərlər:  bi rəngli Obsidian Monoton və iki rəngli Copper Tan Metallic/Obsidian. Hər iki halda, salon tərtibatında Şotlandiyanın ən qədim toxuculuq fabriklərindən biri olan Islay Woollen Mill fabrikində toxunmuş Bowmore Tweed parçasından istifadə ediləcəkdir. 1883-cü ildə qurulmuş şirkət, DBX üçün damalı naxışı olan tvidi seçib:  mis və mavi çalarların birləşməsi fabrikin yerləşdiyi Islay adasının relyefinin xüsusiyyətlərinə işarə edir.

Mis vurğuları xüsusi seriyadan olan avtomobillərin xarakterik xüsusiyyəti olduğu üçün, onları salonda da görmək olar. Məsələn, fincan tutucularındakı və mərkəzi konsoldakı əlavələr, eləcə də qapı kandarlarındakı lövhələr cilalanmış metaldan hazırlanır. Bonus olaraq, hər DBX Bowmore Edition modelinə Q by Aston Martin firma aksesuarları əlavə olunur: bunlar, piknik üçün tvid süfrə  və dəri səyahət çantasıdır. Xüsusi krossoverlərin sahibləri üçün qeyri-adi tədbir təşkil olunacaqdır.

Avtomobil sahibləri Edinburqa dəvət olunacaq, burada avtomobillərinin açarları təntənəli şəkildə onlara təqdim ediləcəkdir. Sonra onlar Lox Lomond və Trosseks Milli Parkına səyahət edəcək, Islay Woollen Mill fabrikinə və Bowmore içki zavoduna fərdi ekskursiyaya çıxacaqlar. Orada qonaqlar 39 yaşlı viskini öz əlləri ilə şüşələrə süzə və Böyük Britaniyanın kral ailəsinin üzvlərinin ziyarət etdiyi dünyanın ən qədim yetişdirmə anbarını ziyarət edə bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin DBX Bowmore Edition modelinə sifarişlər artıq qəbul ediilir, lakin ilk avtomobillər müştərilərə 2021-ci dördüncü rübünə qədər çatdırılacaqdırlar. Hələlik isə, iki şirkətin pərəstişkarları, 25 Black Bowmore DB5 1964 viskisini almaq imkanına malik olacaqdırlar. 25 şüşədən ibarət olan partiyadakı hər bir şüşənin qiymətinin 50.000 funt sterlinq olduğunu da qeyd etmək gərəkdir.

Bu şüşlərdəki içkinin qiymətinin yükəsk olması, onun üçün istifadə edilən spirtlərin 1964-cü ildə o vaxt yeni buxar damlatma kubundan istifadə edilərək alınmış və Oloroso xeresi üçün istifadə olunmuş çəlləyə doldurulmasıdır. Viski yalnız 1993-cü ildə şüşələrə doldurulmuş və əvvəlki seriyaların ümumi tirajı cəmi altı min şüşə olmuşdu.