Aston Martin şirkətinin xüsusi bölməsi olan Aston Martin Racing (AMR), Vulcan ekstremal trek avtomobili üçün təkmilləşdirilmələr proqramını hazırlamışdır.

Vulcan AMR Pro adını almış superkar yeni aerodinamik elementlərə sahib olacaq və onun yerəbasma gücü artırılacaqdır. Təkmilləşdirmələr proqramı qalxma gücünü azaldan təkər tağlarında quraşdırılmış kiçik spoylerlərin, iri ön splitterin və arxa hissədə 20-millimetrlik və yap çəpərlərin üzərində 15-millimetrlik bərkidilmiş qanadcıqları olan ikiqat antiqanadın mövcudluğunu nəzərdə tutur.

Bütün bu dəyişikliklər Vulcan superkarının yerəbasma qüvvəsini  3150 Nm-dən 4000 Nm-ə qədər artıracaqdır. Müqayisə üçün, Le-Manın 24 saatı marafonunda qalib gəlmiş AMR Vantage GTE yarış avtomobili cəmi 3104 Nm yerəbasma qüvvəsinə malikdir.  Aston Martin Vulcan AMR Pro modelinin güc aqreqatı dəyişilməz qalmışdır. Superkar 820 at qüvvəsinə malik olan 7,0-litrlik V12 mühərriki və altı pilləli Xtrac sekvental ötürmələr qutusu ilə təchiz edilir. Onun maksimal sürəti 320 km/saatın üzərindədir.

Cəmi 24 ədəd Vulcan avtomobilinin buraxılması nəzərdə tutulmuşdur ki, bu avtomobillərin də hər biri 1,8 milyon funt-sterlinqə satılacaqdır. AMR bölməsinin təkmilləşdirmə dəsti bütün Vulcan sahibləri üçün əlçatandır. Pro-dəstinin hansı qiymətə başa gələcəyi açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt