Aston Martin şirkətinin yeni yaradılmış Aston Martin Racing (AMR) bölməsi Vantage kupe və kabrioletinin xüsusi modifikasiyalarını hazırlamışdır. Hər iki halda Aston Martin Vantage AMR modelləri V8 və V12 mühərrikləri, həmçinin sekvental və mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdirlər.

Bununla belə, avtomobil radikal dəyişikliklərə məruz qalmamışdır. V8 Vantage AMR modelinin 4,7-litrlik səkkiz silindrli mühərriki V8 Vantage S modelində olduğu kimi 436 at qüvvəsi hasil edir. 6,0-litrlik V12 mühərrikinin gücü isə 600 at qüvvəsi təşkil edəcəkdir. Xatırladaq ki, məhdud sayda buraxılmış Vantage GT12 superkarının mühərriki də eyni gücə malik idi. Standart olaraq hər iki güc aqreqatı yeddi pilləli sekvental ötürmələr qutusu ilə təchiz edilir.

Bununla yanaşı, V8 mühərrikini altı pilləli, V12 mühərrikini isə yeddi pilləli mexaniki qutular ilə də sifariş etmək mümkündür.

Aston Martin Vantage AMR modelinin top variantı opsional olaraq titandan hazırlanmış buraxılış sistemi ilə də təchiz edilir.

Bu titandan hazırlanmış sistem standart variantdan 14 kiloqram yüngüldür. Eyni zamanda, əlavə ödəniş ilə alıcılara iki opsiyalar dəsti təklif ediləcəkdir. Bunlardan birincisi Halo Pack adlanır ki, bu dəst də WEC çempionatında çıxış edən Vantage GTE yarış avtomobilinin üslubunda tərtibatı nəzərdə tutur. Belə avtomobillər Stirling Green rənginə boyanır və onların kuzovuna Lime Green rəngli zolaqlar vurulur.

İkinci Aero Kit dəstinin tərkibinə karbondan hazırlanmış ön splitter, yan ətəklər və arxa spoylerdən ibarət əlavə aerodinamik elementlər daxildir. 

Aston Martin Vantage AMR modelinin kütləvi təqdimatı qarşıdan gələn Le Manın 24 saatı marafonunda keçiriləcəkdir. 

Avtomobillərə sifarişlər artıq qəbul edilir. Böyük Britaniyada qiymətlər V8 Vantage AMR üçün 98 min funt-sterlinqdən, V12 Vantage AMR modeli üçün isə 149 min funt-sterlinqdən başlayır.

Ümumilikdə 300 ədəd avtomobilin buraxılması nəzərdə tutulmuşdur ki, bunlardan 200 ədədi V8 mühərriki, 100 ədədi isə V12 mühərriki ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt