Aston Martin şirkəti TAG Heuer saat manufakturası ilə birlikdə DBS Superleggera superkarının xüsusi nəşrini təqdim edib. TAG Heuer Edition adlandırılmış kupe qeydə yeganə təchizat səviyyəsinə, kuzovun Monaco Black rənginə və eksteryerin karbondan hazırlanmış detallarına sahib olub.

Kuzovun xüsusi boyası ilə yanaşı, Aston Martin DBS Superleggera TAG Heuer Edition qara rəngli emblemlərə, qırmızı əyləc supportlarına, Color Edition seriyasından olan Pirelli təkərlərində, həmçinin dəri və alkantara ilə tərtib edilmiş salona malik olub. Avtomobilin xüsusi seriyadan olmasına ön qanadlardakı TAG Heuer emblemləri işarə edir. 50 nüsxədə buraxılacaq kupe ilə birlikdə TAG Heuer qol saatı veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin DBS Superleggera TAG Heuer Edition 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 mühərriki ilə təchiz edilir. DBS Superleggera 60 mil/saat (96 km/saat) həddinə 3,4 saniyəyə, 100 mil/saat ( 161 km/saat) həddinə isə 6,4 saniyəyə sürətlənir.